Bakıda məşhur portuqaliyalı rəssamın sərgisi keçiriləcək

Bakıda məşhur portuqaliyalı rəssamın sərgisi keçiriləcək, Javid

Tədbir Muzey Mərkəzi Sərgi Qalereyasında baş tutacaq

Bakucity.az xəbər verir ki, 17-23 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğu tərəfindən portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək.

Carlos Motanın əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya (O, Braziliyanın Planalto Federal Prezident Sarayının daimi şəxsi kolleksiyasına əsəri daxil edilən ilk Portuqal və xarici rəssamdır. Bu kolleksiyadakı rəsm əsərinin ölçüsü 80x400 cm-dir.) daxil olmaqla bir sıra ölkələrdə nümayiş olunub. 

1193-2002-ci illər yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində lentə alınmışdır və bir sıra Portuqaliya televiziya kanllarının mədəniyyət proqramlarında işıqlandırılıb.

Bakucity.az

Muzey Mərkəzi Sərgi Qalereyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər