Hadisə Yasamal rayonunda baş verib
Bakucity.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Qırmızı Şərq küçəsində oğurluq hadisəsi baş verib. Yasamal rayon sakini, 1959-cu il təvəllüdlü Orucov Elton Zəlimxan oğluna məxsus "Mercedes" markalı "BA 66 KU" Gürcüstan dövlət nömrə nişanlı avtomobil evinin qarşısında qarət olunub.
Naməlum şəxslər avtomobilin şüşəsini sındıraraq avtomobilin içərisində olan 22 min 600 manatı oğurlayıblar. Trend-in məlumatında deyilir.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.
Bakucity.az