Bakıda ən bahalı universitetlər hansılardır? - TOP 10

Bakucity.az Bakının ən bahalı universitetlərindəki qiymətləri təqdim edir

Bakıda müəyyən özəl universitetlərdə təhsil haqları daha yüksəkdir. Daha prestijli və keyfiyyətli təhsili ilə seçilən bu universitetlər tələbələrə bir çox üstünlüklər vəd edir. Əsas üstünlük isə xarici dildə təhsil və müasir standartlara uyğun tərtib olunmuş proqramlardır. 

Azərbaycan Diplomatik Akademiyası (ADA)

Azərbaycanda özəl universitetlər arasında yüksək standartları və prestiji ilə seçilən universitet şübhəsiz ki, Azərbaycan Diplomatik Akademiyasıdır. Universitetin abreviaturasının (ADA) Bakı sakinlər arasındakı populyarlığı da onun nüfuzunu göstərir. Universitet təkcə yaxşı təhsil vermir. Həmçinin onun nəzdində fəaliyyət göstərən "Karyera İdaretmə Mərkəzi" yerli iş bazarında aparıcı şirkətlərlə əməkdaşlıq edərək, tələbələri vakansiyalar haqda məlumatlandırmaqla, mütəmadi karyera sərgiləri təşkil edir. Qiymətlərə gəlincə, burada kompüter elmləri və informasiya texnologiyaları ixtisasları üzrə təhsil 6400 AZN, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil isə 6500 AZN dəyərindədir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir. Amma bu qəbildən olan tələbələr universitetə “tələbə xərci” kimi illik 700 manat ödəniş etməlidirlər.

Xəzər Universiteti

Azərbaycanda köklü ənənələri olan və ilk özəl universitetlərdən biri kimi tanınan Xəzər Universiteti 1991-ci ildə yaradılıb. Təhsil ocağının əsası qoyularkən əsas məqsədlərdən biri ölkəni müxtəlif sahələr üzrə yüksək ixtisaslı və ingilisdilli kadrlarla təmin etmək idi. Xəzər Universitetində 2018/2019-cu il üçün nəzərdə tutulan ödəniş haqları fakültələrə görə dəyişir. Burada kompüter mühəndisliyi, muhasibat uçotu və audit, maliyyə, politologiya, turizm və otelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisaları 4500 AZN, müəllimlik, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir.

Bakı Dövlət Universiteti (BDU)

Azərbaycanın ən qədim və ən populyar dövlət universiteti olan BDU 1919-cu ildə təsis edilib. Azərbaycan elminə böyük nailiyyətlər qazandıran Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır– burada təhsil 4500 manata başa gəlir. Təhsil ocağında ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN, dünya iqtisadiyyatı, iqtisadiyyat ixtisası üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır. 1991-ci ildə universitet adını alan ATU təkcə ödəniş qiymətlərinə görə yox, həm də qəbul ballarının yüksəkliyinə görə fərqlənir. Burada həkimlik, əczaçılıq ixtisasları üzrə təhsil almaq istəyənlər dövlət imtahanında ən azı 650 bal toplamalıdırlar. Ödənişlərə gəlincə isə, təhsil ocağında müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq, stomotologiya, tibbi profilaktika ixtisasları üzrə təhsilə isə illik 4000 manat ödəniş etmək lazımdır. 

Bakı Ali Neft Məktəbi (BANM)

Bakıda son illə məşhurlaşan özəl universitetlərdən biri heç şübhəsiz Bakı Ali Neft Məktəbidir. Yüksək səviyyəli təhsili ilə seçilən universitetdə tələbələrin sosial fəaliyyətinə, yataqxana şəraitinə də xüsusi diqqət göstərilir. BANM-da təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində tətbiq olunur.

Azərbaycan Universiteti 

Azərbaycan Universiteti ölkəmizdə yaradılan ilk özəl ali təhsil ocağıdır. Universitetin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, kompüter mühəndisliyi ixtisaslarını seçənlər 2500 AZN, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisaslarına üstünlük verənlər isə illik 2000 AZN ödəməlidirlər.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası da presitijli dövlət universitetlərindən biri sayılır və universitetə imtahan verənlər arasında yetərincə populyarlığı ilə seçilir. Təhsil ocağında hüquqşünaslıq və iqtisadiyyat ixtisasları ödənişlidir. Bu dövlət universitetində təhsil almaq istəyənlər ildə 3000 manat ödəməklə, arzularını gerçəkləşdirə bilərlər. 

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəbdə maliyyə, menecment, marketinq, turizm və otelçilik ixtisasları üzrə illik təhsil haqqı 3000 AZN, biznesin idarə edilməsi 2800 AZN, qida məhsulları mühəndisliyi, nəqliyyat servisi isə 2500 AZN təşkil edir.

Bakı Mühəndislik Universiteti

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən bu universitetdə maliyyə, sənayenin təşkili və idarə olunması, biznesin idarə edilməsi ixtisaslarında təhsil almaq 2900 manata başa gəlir.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi üçün yüksək səviyyəli mütəxəssislər hazırlayır. Dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən bu akademiyada dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, kompüter elmləri, politologiya, hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə ödənişli təhsil 2500 AZN-dir. 

Qeyd edək ki, təqdim etdiyimiz qiymət cədvəli Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu il üçün dərc edilən “Abituriyent №4” jurnalına əsasən tərtib edilib. 

Universitetlər

Ödənişlər

1

ADA

6500 – 6400 – 6000 AZN

2

Xəzər Universiteti

5000 – 4500 – 4000 AZN

3

BDU

4500 – 2900 – 2800 – 2500  AZN

4

ATU

4500 – 4000  AZN

5

BANM

4500 AZN

6

Azərbaycan Universiteti

3000 – 2500 – 2000 AZN 

7

Dövlət Gömrük Komitəsinin Akademiyası

3000 AZN

8

Aərbaycan Turizm və Menecment Universiteti

3000 – 2800 – 2500 AZN

9

Bakı Mühəndislik Universiteti

2900 AZN

10

Dövlət İdarəçilik Akademiyası

 2500 AZN

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Universitet Tələbə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.  Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərini...
İdman
Dünya Kubokuna bu gün start veriləcək. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa 39 ölkədən 200-dən çox idmançı qatılıb. Turnir üç gün davam edəcək və 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyən...
Hadisələr
Sabunçu rayonunda 15 yaşlı qızdan 1 həftədir xəbər yoxdur. Bakucity.az xəbər verir ki, sözügedən şəxs Ramana qəsəbəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızıdır. O, aprelin 18-i yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bunu da oxu: Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO Sabunçu RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılır. (Ona.az) Bakucity.az
İdman
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür. Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.  Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bunu da oxu: “Formula-1” zamanı tamaşaçıları nələr gözləyir? Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri...
Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az