Bakıda “qəza gecəsi”: üç qadın yaralandı - VİDEO

Bakıda “qəza gecəsi”: üç qadın yaralandı - VİDEO, Javid

Dünən gecə saatlarında piyadaları maşın vurub

Bakucity.az xəbər verir ki, hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib. Belə ki, avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Həsənova Gülşənə çırpılaraq onu yolun kənarına atıb. Zərərçəkən Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Analoji hadisə Bakıxanov qəsəbəsinin Eldar Xəlilov və Muxtar Fətəliyev küçələrinin kəsişməsində baş verib. 1964-cü il təvəllüdlü Əliyeva Elmira yolu keçmək istəyərkən avtomobilə çırpılaraq altında qalıb. O, Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. Oxu.az-ın məlumatında bildirilir. 

Daha bir oxşar hadisə Buzovna qəsəbəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü İbrahimova Aygünü maşın vurub. Vəziyyəti sabitdir. 

Faktlarla bağlı araşdırmalar aparılır. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər