620 milyon manat məbləğində vəsait tələb olunur
Bakucity.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov gələn il maaşların artırılacağını deyib.
“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”. Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib. "Report"-un məlumatında deyilir.
O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədi ilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: “Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.
Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.
Bakucity.az