Yeni evlənən cütlüyün ölümünə səbəb olan sürücü həbs edildi

O, 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. "Report"un məlumatında deyilir. 

Qeyd edək ki, bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və qadının 4 yaşlı övladı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Məlumata görə, Xaçmazda yaşan Z.Şahmuradov həmin gün minik avtomobili ilə Şəmkirdən qayıdırmış. Bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Hadisədən əvvəl qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə Z.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
17 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Məkan müştərilərə bir çox üstün xidmətlər təklif edir Bakucity.az xəbər verir ki, Mirzağa Əliyev küçəsi 244 ünvanında yerləşən "KULİS Bar & Cafe” 2 hissədən ibarətdir. Burada canlı musiqiyə qulaq asmaq istəyənlər üçün kafe zalı, daha sakit yer arzulayanlar üçün isə bar fəaliyyət göstərir. Məkanın açılış günü Yanvarın 18-ə təsadüf edib.  "KULİS Bar & Cafe”ın admnistratoru Nicat Qulam saytımıza açılamasında bildirib ki, burada hər gün canlı musiqilər, peşəka...
Hadisələr
Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az bildirilib ki, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
20 Yanvar, tariximizin qanlı yaddaşı. Bakucity.az xəbər verir ki, yanvarın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş “İstiqlalımızın ilk qərənfili” adlı tədbir keçirilib.  Tədbir milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub.  Tədbirdə YAP Səbail rayon təşkilatının apparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, "20 Yan...
Ekologiya
Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”. Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksə...
Mədəniyyət
15 müasir film nümayiş olunacaq. Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək. Bakucity.az xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. İtaliyanın Azərbaycandakı s...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi açıqlama yaydı Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma, durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.  Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən...
Ekologiya
Bu gün havanın mülayim, yağmursuz olacağı proqnozlaşdırılıb.  Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə...
İdman
“Neftçi” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Rumıniyanın “Qaz Metan” komandasını məğlub edib – 3:0. “Neftçi”nin heyətində Rəhman Hacıyev (11) və Əli Şirinov (70, 84) fərqlənib. (Oxu.az) Bakucity.az
Hadisələr
Bir neçə gün öncə itkin düşmüş uşaq tapılıb. Bakucity.az xəbər verir ki, bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb. Yanvarın 17-də o, polisi tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib. (Trend) Bakucity.az