Binəqədidə mənzil yandı, ölən var

Binəqədidə mənzil yandı, ölən var, Javid

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub

Bakucity.az FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakucity.az

FHN Yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər