Paytaxtda klinikada vergi yoxlamaları başladı

Paytaxtda klinikada vergi yoxlamaları başladı, Javid

Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir

Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb. 

“Report”un əldə etdiyi məlumata görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir. 

Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər