Bakıda iki maşın piyadanı vurub öldürdü

Bakıda iki maşın piyadanı vurub öldürdü, Javid

Hər iki avtomobilin sürücüsü saxlanılıb

Bakucity.az xəbər verir ki, yolu keçmək istəyən piyadanı minik və yük avtomobilləri vuraraq öldürüb.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 28 yaşlı Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50 yaşlı Firdovsi Zeynalovu vurub. Sonra isə piyada eyni istiqamətdə hərəkət edən 48 yaşlı Elçin Ələsgərovun idarə etdiyi “Zil” markalı yük maşınının altına düşüb. Report-un məlumatında deyilir. 

Piyada hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüsü saxlanılıb.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər