Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı

Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı

Sürüşmə zonasında ciddi dəyişiklik yoxdur

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdiriləcək:

“İstənilən sürüşməyə meyilli ərazilərdə atmosfer çöküntüləri olduqda aktivlik bir az da artır. Yağış yağsa da, ərazidə güclü aktivlik yoxdur. Dünən Badamdar ərazisinə baxış keçirilib və aktivlik qeydə alınmayıb. Bu gün yenidən əraziyə baxış keçiriləcək”.

Əziz Qaralov qeyd edib ki, Bakının müxtəlif ərazilərində sürüşmə prosesində güclü aktivlik qeydə alınmayıb.

Bakucity.az

Badamdar Sürüşmə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər