Metroda nazasızlıq, sərnişinlər boşaldıldı

Metroda nazasızlıq, sərnişinlər boşaldıldı, Javid

Bakıda metroda qatarda problem yaranıb

Bakucity.az xəbər verir ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib". "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub. 

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur". Xəbəri Trend yayıb. 

Bakucity.az

Bakı Metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər