Yağışlı hava Bakıda qəzalara səbəb oldu

Yağışlı hava Bakıda qəzalara səbəb oldu, Javid

Paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib

Bakucity.az xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə alaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:

“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”. Oxu.az-ın məlumatında bildirilir. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər