O, 1000 manat məbləğində cərimə edilib
Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Report-un xəbərində bildirilir.
Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Bakucity.az