“BakıFilEkspo” V Milli Filateliya sərgisi işə başlayıb - FOTO

Sərgidə 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir

Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC  və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisinin açılışı olub.

Sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov, “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib. 

Sərgidə çıxış edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan Qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi  də bu qəbildəndir. 

Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov  məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə, sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir.

“Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir” – deyə o vurğulayıb.

“Azərmarka” MMC və “Num.az”  MMC-nin köşklərində filateliya və numizmatika üzrə materialların və  aksesuarların da  satışı təşkil edilib.

V Milli Filateliya sərgisində nümayiş etdikləri kolleksiyalara görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 7 nəfər xatirə qızıl medalı ilə, 5 nəfər xatirə gümüş medalı ilə, 5 nəfər xatirə bürünc medalı, 3 nəfər isə diplomla təltif olunub. 

Sərgi 9 noyabr tarixinədək davam edəcək. 

Bakucity.az

“BakıFilEkspo” V Milli Filateliya sərgisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
9 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Məkan müştərilərə bir çox üstün xidmətlər təklif edir Bakucity.az xəbər verir ki, Mirzağa Əliyev küçəsi 244 ünvanında yerləşən "KULİS Bar & Cafe” 2 hissədən ibarətdir. Burada canlı musiqiyə qulaq asmaq istəyənlər üçün kafe zalı, daha sakit yer arzulayanlar üçün isə bar fəaliyyət göstərir. Məkanın açılış günü Yanvarın 18-ə təsadüf edib.  "KULİS Bar & Cafe”ın admnistratoru Nicat Qulam saytımıza açılamasında bildirib ki, burada hər gün canlı musiqilər, peşəka...
Hadisələr
Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az bildirilib ki, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
20 Yanvar, tariximizin qanlı yaddaşı. Bakucity.az xəbər verir ki, yanvarın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş “İstiqlalımızın ilk qərənfili” adlı tədbir keçirilib.  Tədbir milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub.  Tədbirdə YAP Səbail rayon təşkilatının apparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, "20 Yan...
Ekologiya
Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”. Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksə...
Mədəniyyət
15 müasir film nümayiş olunacaq. Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək. Bakucity.az xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. İtaliyanın Azərbaycandakı s...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi açıqlama yaydı Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma, durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.  Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən...
Ekologiya
Bu gün havanın mülayim, yağmursuz olacağı proqnozlaşdırılıb.  Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə...
İdman
“Neftçi” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Rumıniyanın “Qaz Metan” komandasını məğlub edib – 3:0. “Neftçi”nin heyətində Rəhman Hacıyev (11) və Əli Şirinov (70, 84) fərqlənib. (Oxu.az) Bakucity.az
Hadisələr
Bir neçə gün öncə itkin düşmüş uşaq tapılıb. Bakucity.az xəbər verir ki, bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb. Yanvarın 17-də o, polisi tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib. (Trend) Bakucity.az