Bakıda xəstəxanada kütləvi zəhərlənmə olub - VİDEO

Bakıda xəstəxanada kütləvi zəhərlənmə olub - VİDEO

8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: 

“Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Onlara yardım göstərilib və evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər