Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi

Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev yeni sərəncam imzalayıb

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bakucity.az xəbər verir ki, sərəncama əsasən Şaiq Veyis oğlu Eyubova Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünə layiq görülüb. 

Sərəncamdan irəli gələn məsələlərin həlli prosesi Nazirlər Kabinetinə tapşırılıb.

Prezidentin digər sərəncamında Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.

Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər