“Türk Hava Yolları” birbaşa reyslər açmaq istəyir
Bakucity.az xəbər verir ki, “Türk Hava Yolları” (THY) şirkəti Bakıdan Türkiyənin Ankara, Antalya və İzmir şəhərlərinə birbaşa reyslər açmaq istəyir.
Bunu qonşu ölkənin milli aviadaşıyıcısının Avropa və Orta Şərq ölkələri üzrə satış direktoru Harun Baştürk deyib. Onun sözlərinə görə, bununla bağlı dövlətlər səviyyəsində qərarlar qəbul edilməlidir. “Report”un məlumatında bildirilir.
"Türkiyə ilə Azərbaycan arasında sonuncu dəfə imzalanmış mülki aviasiya anlaşması iki ölkə arasında hava əlaqələrini artırmağa imkan verən sənəddir. Hazırda THY yenidən qiymətləndirmə aparır. İstanbuldan başqa, Ankara, Antalya və İzmir kimi digər şəhərlərimizdən də Bakıya uçuşlar həyata keçirmək niyyətindəyik", - deyə THY rəsmisi qeyd edib.
Bakucity.az