Bakı Metropoliteni Fransadan texnika alacaq

Bakı Metropoliteni Fransadan texnika alacaq, Javid

Avadanlıqlar “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında istifadə ediləcək

Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov bu gün metropoliten işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib ki, Bakı Metropoliteni Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqları alacaq.

Onun sözlərinə görə, ilkin mərhələdə alınacaq avadanlıqlar “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında istifadə ediləcək: “Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan əməyinin minimuma endirilməsi nəzərdə tutulub”. "Report" məlumat verib. 

Baş mühəndis onu da deyib ki, hazırda “Qırmızı xətt” (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) “Yaşıl xətt” (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir və bu iki xəttin bir-birindən ayrılması ilə qatarlararası intervalın azaldılması nəzərdə tutulub.

Bakucity.az

Bakı Metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər