“Neftçi” “Zirə”yə, “Sabah” “Səbail”ə qarşı

“Neftçi” “Zirə”yə, “Sabah” “Səbail”ə qarşı

Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib

Bakucity.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Öncə Premyer Liqanın debütantı “Sabah” digər paytaxt təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Bu komandalar arasında indiyə qədər keçirilmiş yeganə qarşılaşma mövsümün ilk dövrəsinə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb. 

Günün digər görüşü də iki paytaxt klubu - “Neftçi” və “Zirə” arasında baş tutacaq. İlk dövrədə “ağ-qaralar” bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. “Neftçi” liderliyini qorumaq üçün bu dəfə də qələbə qazanmağa çalışacaq. “Zirə” isə uğursuz gedişata son qoymağa cəhd göstərəcək.

Topaz Premyer Liqası

11-ci tur

10 noyabr

“Sabah” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.

Masazır. “Əlincə Arena”, 17:30.

“Neftçi” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.

Bakucity.az

Neftçi FK PFL
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər