Paytaxtın bu ərazilərində su olmayacaq

Paytaxtın bu ərazilərində su olmayacaq, Javid

Yasamal və Səbail rayonlarında içməli suyun verilişində fasilələr olacaq

Bu barədə Bakucity.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verilib.

O bildirib ki, fasilələrə səbəb magistral xətlərdə təmir işlərinin aparılmasıdır:

“Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar 10 noyabrda gün ərzində Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) içməli suyun verilməsində fasilələr yaranacaq”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər