Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı, Javid

Avtomobil piyadaya xəsarət yetirib

Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər