Vergilər sahəsində mühüm yenilik olacaq - VİDEO

Vergilər sahəsində mühüm yenilik olacaq - VİDEO, Javid

ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılacaq

Bakucity.az xəbər verir ki, Azərbaycanda nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də, vergidən yayınma hallarının qarşısını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılacaq. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.  “Xəzər” TV-nin məlumatında deyilir. 

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin çeki tələb edilməlidir.

Onun sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Bakucity.az

Vergi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər