Bakı parklanma zonalarına ayrılacaq: sürücülərin nəzərinə

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb

Bakucity.az xəbər verir ki, paytaxta avtomobillərin parklanması sahəsinə gözlənilən yeniliklər açıqlanıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri V.Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: "Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalıdır. Biz hazırda Bakının zona olaraq bölünməsini istəyirik, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhərətrafı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçədə parklamalar, eyni zamanda yeraltı qarajlarda da tariflərin əsaslandırılmış şəkildə tətbiqini düşünürük. Artıq yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yerüstü parklamalara gəldikdə isə, Bakını zonalara ayırmaq şərti ilə ödənişin məbləği müəyyənləşdirilir".

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq edəcəyi parkinq sistemində məqsəd nağdsız ödənişləri təşviq etməkdir: "Həmçinin vətəndaşlar telefon vasitəsilə avtomobillərinin ölçülərinə uyğun yer sifariş edə biləcəklər. Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar orada göstərilsin. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bu günün informasiya-kommunikasiya texnologiyalarına cavab verəcək".

Paytaxtdakı parklama yerlərinin Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınması işinin ləngiməsi məsələsinə münasibət bildirən qurum rəhbəri qeyd edib ki, bu prosesdə müəyyən texniki məsələlər var: "Hazırda həmin məsələlər araşdırılır. Bu sahəyə dövlət müəyyən investisiya qoyub. Bu investisiya nəticəsində sistemin yenidən qurulmasını düşünürük. Aydınlaşdırırıq ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirək? Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Bu işlərin növbəti ay ərzində yekunlaşacağını düşünürük. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yekunlaşacaq".

Bakucity.az

Avtopark BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Banklar kredit verməyi niyə dayandırıb? Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilişinin dayandırıldığı cavabını alıblar. BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan i...
Cəmiyyət
Karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını...
Cəmiyyət
Ağırlaşma halları yoxdur Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə BakuCity.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan MR-də nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkənin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir. Bildirilib ki, bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar...
Kriminal
“Diska Nəriman” adı ilə tanınır Zaqatala sakinini bıçaqlayan şəxs tutulub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.   Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında r...
Cəmiyyət
7 nəfər vəfat edib Azərbaycanda koronavirusa yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır. BakuCity.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, adların açıqlanması həmin insanların şəxsi hüquqlarının pozulması deməkdir: “Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alaraq məlumat veririk”. Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması...
Cəmiyyət
Ürək çatışmazlığından ölüb “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül dünyasını dəyişib. BakuCity.az-ın məlumatına görə, Hacı Əbdül ürək çatışmazlığından vəfat edib. Mərhum bu gün "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək Hacı Əbdül 1940-cı ildə anadan olub. BakuCity.az
Hadisələr
65 yaşı vardı Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. BakuCi...
Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...