Paytaxtda avtomagistralda sürət həddi endirildi

Paytaxtda avtomagistralda sürət həddi endirildi, Javid

Hava şəraiti ilə əlaqədar sürət həddi 20 km/saat endirilib

Bakucity.az xəbər verir ki, hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub. 

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər