Növbəti iki gündə paytaxtda hava necə olacaq?

Növbəti iki gündə paytaxtda hava necə olacaq?, Javid

Növbəti iki günün hava proqnozu açıqlandı

Bakucity.az xəbər verir ki, Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, noyabr ayının 13-14-də ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək: "Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin noyabr ayının 13-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Bakucity.az

Hava durumu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər