Babək prospektində təmir işləri nə vaxt bitəcək?

Babək prospektində təmir işləri nə vaxt bitəcək?

Prospektin əsas hissəsində işlər iki-üç gün ərzində tam yekunlaşacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən “Maşın bazarı”na kimi olan hissəsində işlər bitib: “Hazırda Babək körpüsünün alt hissəsində işlər aparılır. Bu işlərin iki-üç gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq”. Oxu.az-ın məlumatında deyilir.

Qeyd edək ki, Babək prospektində təmir işlərinə 2018-cı ilin əvvəlindən başlayıb.

Bakucity.az

Babək prospekti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər