Bakıda parkda tum çırtlayanlar 50 manat cərimələnir

Vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib

“Qafqazinfo”ya müraciət edən vətəndaş Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23 radələrində  Səməd Vurğun bağının yaxınlığında dayancaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar: “Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, “semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda “semiçka” çırtlamağa görə cərimə var?”

Vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: “Məcəlləsinin 266-cı maddəsi istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib. 

Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.

Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub”.

Şikayətçi Ü.Quliyev bildirib ki, tum yeyərkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.

Bakucity.az

Cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Virus və soyuqdəymədən necə qorunursunuz? Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Azərbaycanda da onlarla şəxs koron...
Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...
Cəmiyyət
Virus İran vətəndaşında aşkarlanıb Belarusda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi virusun iranlı tələbədə aşkarlandığını bəyan edib. Həmçinin oxu: Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır Qeyd olunub ki, fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan aviareyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb. BakuCity.az
Cəmiyyət
Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. Bu barədə BakuCity.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd olunub ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və...
Siyasət
36 yaralı var Suriya tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində həlak olan türk hərbçilərin sayı 33-ə çatıb. BakuCity.az-ın məlumatına görə, bunu Hatay valisi Rahmi Doğan bildirib. Vali deyib ki, hazırda 36 yaralı hərbçinin müalicəsi davam edir, onların həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşo...
Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...