Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

“Volkswagen” markalı avtomobilin sürücüsü saxlanılıb

DİN-dən Bakucity.az-a verilən məlumata görə, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər