Bakıda klassik musiqi konserti keçiriləcək

Bakıda klassik musiqi konserti keçiriləcək, Javid

Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək

Bakucity.az xəbər verir ki, Noyabr 24-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək.

Konsertdə Karl Veberin - "Der Freischütz" operasına uvertüra, Lüdviq van Bethovenin - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin - Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.

Biletləri şəhərimizin kassalarında və iticket.az saytında əldə etmək olar.

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər