AFFA "Zirə"nin məşqçisini cəzalandırdı

AFFA "Zirə"nin məşqçisini cəzalandırdı

 “Neftçi” – “Zirə” 800 manat cərimələnib

Bakucity.az xəbər verir ki,  AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. 

“Neftçi” – “Zirə” matçında meydan sahiblərinin 4, qonaqların 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. 85-ci dəqiqədə “Zirə”nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozması səbəbindən 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. 

Bakucity.az

Zirə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər