Xətaidə yollarda nə baş verir? - İcra Hakimiyyətindən açıqlama

Xətaidə yollarda nə baş verir? - İcra Hakimiyyətindən açıqlama

 Bir neçə gündür həmin küçədə əsaslı təmir işləri gedir

Bakucity.az xəbər verir ki, Xətai rayonunda bir neçə küçə və prospektlərində əsaslı təmir işləri aparılır. Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib ki, Məhəmməd Hadi küçəsində və Gəncə prospektində əsaslı təmir işləri artıq yekunlaşıb.

"Hazırda rayonda Ukrayna və Neapol dairələri ətrafında olan küçə və prospektlərdə əsaslı təmir işləri görülür. Növbədə Səməd bəy Mehmandarov küçəsidir. Bir neçə gündür həmin küçədə əsaslı təmir işləri gedir. Yol boyu bütün kommunikasiya xətləri çəkən şəxslərə xəbərdarlıq olunub ki, onlar tez bir zamanda işlərini yekunlaşdırsınlar. Həmin işlərin yekununda isə sözügedən yola yeni asfalt örtüyü çəkiləcək". Trend-in məlumatında deyilir. 

P.İmanov bildirib ki, təmir işləri Səməd bəy Mehmandarov küçəsinin Neapol dairəsi istiqamətində görülərək Ukrayna dairəsində olan hissəsində bitəcək.

Bakucity.az

Təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər