Futbol ulduzları Bakıya gəlir: pulsuz şou olacaq - FOTO

Futbol ulduzları Bakıya gəlir: pulsuz şou olacaq - FOTO

Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək

Bakucity.az xəbər verir ki, Noyabrın 15-də "Bayıl arena"da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.

Qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və ispaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər. Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev və Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar. 

Rəqib komandada isə Sergey Kiryakov,  Xoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ. Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeriy Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər.

Futbol ulduzları Bakıya gəlir: pulsuz şou olacaq - FOTO, fotoşəkil-1

Bakucity.az

Vəli Qasımov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər