Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır
Bakucity.az xəbər verir ki, Bakıdakı “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Report-un məlumatında bildirilir.
Belə ki, Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.
Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.
Yasamal Rayon Prokurorluğunda araşdırılan cinayət işi artıq yekunlaşaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.
Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.
Bakucity.az