Paytaxtda “Caspian Ecology” Beynəlxalq Ətraf Mühit Sərgisi başladı

Paytaxtda “Caspian Ecology” Beynəlxalq Ətraf Mühit Sərgisi başladı, Javid

Beynəlxalq Ətraf Mühit Sərgisi üç gün davam edəcək

Bakucity.az xəbər verir ki, Bu gün Bakıda “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlayıb.

Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA kampaniyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Azərbaycan da daxil olmaqla sərgidə Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna ölkələrinin 43 şirkəti iştirak edir. Report-un məlumatında deyilir. 

Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır.

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi üç gün davam edəcək.

Bakucity.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər