Sürücülərə dəfələrlə xəbərdarlıq edilib
Bakucity.az xəbər verir ki, Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.
"Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Trend-in məlumatında bildirilir.
Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.
Qeyd edək ki, sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar. Əks halda inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Bakucity.az