Bakıda məşhur idmançının pulunu oğurlayan həbs edildi

Bakıda məşhur idmançının pulunu oğurlayan həbs edildi, Javid

Tanınmış qadın idmançı Fəridə Əzizova 67 min manatı oğurlanıb

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Report-un məlumatında deyilir.

Məhkəmə hökmü elan edən zaman məlum olub ki, təqsirləndirilən N.Fərəcova zərərçəkmiş F.Əzizovaya dəymiş zərəri tam ödəyib. N.İsrafilov isə ödəmə proseslərində iştirak 

Hökmə əsasən, N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs olunmasını tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.

Bakucity.az

Oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər