Deputat Bakı metrosundan gileyləndi: Gərək bir milyon insan boğulsun?!

 Deputat Bakı metrosundan gileyləndi: Gərək bir milyon insan boğulsun?!, Javid

Fazil Mustafa Bakıda nəqliyyat probleminə də toxunub

Bakucity.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisdə müzakirələr zamanı Bakıdakı nəqliyyat probleminə toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: 

“Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün  milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılsın və metro tikintisi sürətləndirilsin?!”.

Bakucity.az

Bakı Metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər