Bakıda uşaqlar üçün fəaliyyət göstərən gözəllik mərkəzləri - ARAŞDIRMA

Bu mərkəzlər yeni tendensiyadır, yoxsa tələb-təklif münasibətləri?

Bugünlərdə Bakıda xüsusi olaraq uşaqlar üçün yaradılan və yalnız onlar üçün xidmət göstərən uşaq gözəllik salonları fəaliyyət göstərir. Əvvəllər belə məkanların mövcudluğu heç paytaxt sakinlərinin ağlının ucundan belə keçməzdi. Amma dünya dəyişir, Bakı şəhəri də həmçinin. Bəs uşaq gözəllik salonları ilə yetkin şəxslərə xidmət göstərən salonlar arasındakı fərq nədədir? Bakucity.az mövzunu araşdırıb. 

"İlk növbədə dizayn, atmosfer və xidmətlər peşəkar səviyyədə olmalıdır"

“Barbarisso" uşaq gözəllik salonunun rəhbəri Samirə İsmayılova saytımıza açıqlamasında qeyd etdi ki, uşaq gözəllik mərkəzlərində ilk növbədə dizayn, atmosfer və xidmətlər peşəkar səviyyədə olmalıdır: 

“Salonda rahatlıq yaratmaq çox vacibdir. Bunun üçün daxili interyerdə gözləri yormayan rənglərdən istifadə edə bilərsiniz. Məsələn, biz salonumuzda oturacaqların yerinə maşınlar, güzgülərin yerinə cizgi filmləri, uşaqlar üçün komiks jurnalları və təmiz önlüklərdən istifadə edirik. Bütün bunlar bizə təkcə uşaqlarla dostluq eləməyə imkan vermir, həm də saç kəsimi prosesini asanlaşdırmağa xidmət edir.

""Barbarisso" da uşaqlara saç düzümü xidmətləri göstərilir. Biz eyni zamanda uşaq gözəlliyinə və tərzinə uyğun olaraq praktiki olmağımızla fərqlənirik. Uşaqların bütün ehtiyaclarını nəzərə alaraq, salonumuzun ərazisində dadlı və faydalı təamları olan xüsusi hazırlanmış uşaq kafesi yaradılıb. Həm də burada müəyyən günlərdə müxtəlif xörəkləri hazırlamaq üçün ustad dərsləri keçirilir. Kafenin yanında isə valideynlər üçün gözləmə yeri var və onlar burada ətirli qəhvədən zövq ala bilərlər”.

Uşağın istəyi qanundur

"Uşağın saçını kəsdirməzdən əvvəl onun qorxusunu aradan qaldırmaq üçün valideynlər səbrli olmalı və aşağıdakı plana uyğun hərəkət etməlidirlər”, - deyə “Junior Studio”nun peşəkar uşaq bərbəri Cavanşir Əliyev bizimlə söhbəti zamanı bildirdi:

"əvvəlcə uşağa səfər barədə məlumat verilməlidir;

səfər zamanı onu nə gözlədiyini demək lazımdır; 

ilk gedişdən onun saçını kəsdirməyin, hələlik ancaq ümumi-ab-havayla tanış edin;

səfərlər zamanı "saç kəsdirən" uşaqların cəsarətini tərifləyin.

Böyüklər üçün salonların ustaları uşaqlarla işləməyi heç də həmişə bacarmırlar. Uşaq saçının kəsimi zamanı çevik hərəkət etmək lazımdır ki, uşaqlar yorulub narahat olmasınlar, həmçinin valideynlər də xidmətdən narazı qalmasınlar. Hər şey nəzərə alınmalıdır. “Junior Studio”da uşağın istəyi qanundur. Burada uşaq bərbərləri yalnız saç kəsmir, uşaqlar üçün müxtəlif saç xidmətləri göstərirlər. Cansıxıcı ortamın olmaması üçün salondakı uşaqlar şirniyyatla qona edilə və xüsusi istirahət zonasında yumşaq oyuncaqlarla oynaya bilərlər".

Uşaqlara manikür, pedikür və bayram makiyajı edilir

“Biz uzun müddət bu xidmət barədə düşündük və sonda bu fəaliyyət sahəsində yeni bir şey təqdim etməyin doğru olacağına qərar verdik”, - Studio Muhammed” uşaq gözəllik salonunun bərbəri Afaq Qurbanova Bacucity.az-a açıqlamasında qeyd edib:

“Xüsusilə, bu xidmət valideynlər üçün də rahatdır. Siz sadəcə lazımi xidmətlə bağlı e-poçt vasitəsilə və ya telefon zəngi edərək vaxt və gün seçirsiniz. Ancaq salona gəlmək sizi məyus etməyəcək. Burada ən kiçik detallara belə fikir verilir. "Studio Muhammed" uşaq salonunda gənc dəb həvəskarlarını surpriz gözləyir - burada uşaqlara manikür, pedikür və bayram makiyajı da edilir”.

Paytaxtda çox sayda peşəkar uşaq salonu yoxdur, lakin mövcud olanlarda da fərqli xidmət növləri və qiymətlər var. Bütün bunlar Bakıda uşaq gözəllik salonlarının qeyri-adi, lakin çox xoş bir yenilik olduğunu göstərir.

Bakucity.az onlardan bəziləri ilə sizi tanış edir:

Ad

Xidmət

Qiymət

“Studio Muhammed”

Saçkəsimi+düzləşdirilməsi

(ukladka)

10 АZN

Saç düzümü

10 AZN

“Funny Boom”

Saç kəsimi

12 АZN

Sak düzləşdirmə (“ukladka”)

6 АZN

Saç düzümü

15-25 AZN

“Face paint”

5 АZN

“Junior Studio”

Saç kəsimi

10 АZN

Saç düzləşdirmə (“ukladka”)

5 АZN

Saç düzümü

15 АZN

“Barbarisso”

Saç kəsimi

20 АZN

Saç düzləşdirmə (“ukladka”)

10-15 АZN

Saç düzümü

30 АZN

“Face art”

10-15 АZN

“Fancy Kids Salon”

Saçkəsimi

10 АZN

Saç düzləşdirmə (“ukladka”)

5 АZN

Saç düzümü

20 АZN

“Face art”

15 АZN

Uşaq gözəllik mərkəzlərindəki müstəsna xüsusiyyətlər

Uşaq gözəllik salonu barədə danışarkən, heç kimin laqeyd qala bilməyəcəyi bəzi fərqli xüsusiyyətləri vurğulamaq lazımdır.

Misalçün, «Мuhammed Studio»da uşaqlar üçün xüsusi qəhvəyi oturacaqlar var və salonda allergiya yaratmayan (hipoallergenik) kosmetikalardan istifadə edilir. Bütün bu prosesləri qüsursuz həyata keçirməyə çalışırlar. Saç kəsimi zamanı uşaqları əyləndirmək üçün klounlar müxtəlif oyunlar sərgiləyir, onlara konfet paylayırlar.  

"Barbarisso" salonunda isə artıq televizora baxmaq üçün stollar və qulaqcıqlar quraşdırılıb. Amma ən qeyri-adi cəhət burada körpənizin adına xüsusi yazılan "ilk saç kəsimi sertfikatı"nın verilməsidir. 

Öz fəlsəfi, qeyri-adi ənənələri olan daha bir salon "Fancy Kids Salon"udur. Burada uşaqlarının “ilk saç kəsimi” üçün valideynlərə xatirə hədiyyələri verilir. 

Sonda

Qeyd etmək lazımdır ki, artıq bir çox uşaq gözəllik salonlarında uşaq moda kataloqları var, Siz bu kataloqlarda uşaqlarınız üçün saç düzümü seçə bilərsiniz. İnanmaq istərdik ki, paytaxtda formalaşan bu yeni tendensiya gözəllik sahəsində mükəmməl xidmət göstərməklə, sakinləri sevindirəcək.

Hazırladı: Cəmilə Amirova

Bakucity.az

Uşaq gözəllik mərkəzləri araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...