O, İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib
Bakucity.az xəbər verir ki, vaxtilə Azərbaycanda yaşamış Arkadi Pomeranets İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib.
İsraildə bələdiyyə seçkilərinin ikinci turu başa çatıb. Azərbaycandan İsrailə köçmüş A.Pomeranets seçicilərin 64,4 faiz səsini yığaraq son 44 il ərzində şəhərə rəhbrəlik etmiş Şlomo Buxbutanı qabaqlayıb.Trend-in məlumatında deyilir.
Qeyd edək ki, Arkadi Pomeranets Bakıda anadan olub və orta məktəbi bitirib. O, İsrail mətbuatına müsahibəsində mer seçildikdən sonra məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.
Bakucity.az