Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib
Bakucity.az xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:
"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb". Trend-in məlumatında bildirilir.
İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
Bakucity.az