Farer adaları yığması Bakıda ilk hazırlığını keçirib.
Bakucity.az xəbər verir ki, UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığması Bakıda ilk hazırlığını keçirib.
Komanda bu gün səhər saatlarında "Neftçi”nin bazasında məşqə çıxıb. Qol.az-ın məlumatında bildirilir.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.
Bakucity.az