Qaydanı pozanlar 150 manat cərimə olunacaqlar
Bakucity.az xəbər verir ki, bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.
"Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.
Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.
Qeyd edək ki, sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar. Trend-in məlumatında deyilir.
Xatırladaq ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Bakucity.az