Paytaxtda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Paytaxtda III Beynəlxalq Bankçılıq Forumu keçirilir, Javid

Tədbirdə 100-ə yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunur

Bakucity.az xəbər verir ki, Bu gün Bakıda Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Tədbirin məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forumda ABŞ, Yaponiya, Çin, Avropa və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir. 

Bakucity.az

Forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər