Bakı əhalisinə vulkan xəbərdarlığı edildi

Bakı əhalisinə vulkan xəbərdarlığı edildi

Vulkandan çıxan qazlar sağlamlıqlıq üçün çox ziyanlıdır

Bakucity.az xəbər verir ki, Abşeron yarımadasında yerləşən Bozdağ Qobu və Keyrəki vulkanları, onun ətrafında yaşayan insanlar üçün ciddi təhlükə yaradır.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin sözlərinə görə, palçıq vulkanları 2002-ci ildə "Xüsusi mühafizə olunan obyektlər və ərazilər" qanununa daxil edilməklə təbiət abidəsi statusu alıblar. 2015-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu"nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb.

A.Əliyev Keyrəki vulkanının aktiv olduğunu və tez-tez püskürdüyünü də nəzərə çatdırıb. O, həmin vulkanın sonuncu dəfə 2017-ci ildə püskürdüyünü xatırladıb: "Keyrəki vulkanının ətrafında yaşayanların bəxti onda gətirib ki, o, püskürdükdə alov sütunları yaranmır, oradan çıxan qaz alovlanmır. Çünki çıxan qazın tərkibində karbon qazının faizi normadan artıqdır. Amma karbon qazının özü də orada yaşayanların sağlamlığı üçün çox ziyanlıdır". Trend-in xəbərində 

A.Əliyev qeyd edib ki, əvvəllər Bozdağ Qobu vulkanının kraterinin yaxınlığında cəmi 2-3 fərdi yaşayış binası olsa da, son 2-3 ildə oradakı evlərin sayı xeyli çoxalıb.

Alim Bozdağ Qobu vulkanının krater sahəsinə yaxın ərazini məişət tullantıları ilə çirkləndirməsindən də narahatlığını bildirib.

Bakucity.az

Vulkan Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər