Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

Qadın küt alətlə qəddarca qətlə yetirilib

Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.

Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət iş başlanıb. İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışları davam etdirilir. Xəbəri Report yayıb. 

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər