Çili Bakıda səfirlik açacaq

Çili Bakıda səfirlik açacaq

Xarici İşlər Nazirliyinə bununla bağlı nota ümvanlanıb

Bakucity.az xəbər verir ki, Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul edib.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub. 

Bakucity.az

Xarici İşlər Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər