"Bakı metropoliten"inin rəsmisi deputatın iradına cavab verdi

"Bakı metropoliten"inin rəsmisi deputatın iradına cavab verdi, Javid

Müasir vaqonlar alınacaq

Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir. 

Bəxtiyar Məmmədov Bakı metrosunda havalandırma sistemlərinin standartlara cavab vermədiyini bildirərək, mövcud problemlərin həll olunmasının vacibliyini vurğulayan deputat Fazil Mustafanın fikirlərinə cavab olaraq deyib ki, bu istiqamətdə görülən işlərə mütəmadi olaraq nəzarət var:

“Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Eyni zamanda, bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir. Əvvəllər yay-qış olaraq qrafik ildə iki dəfə qrafik dəyişirdisə, artıq bu dörd qrafiklə əvəz olunub. Bu da şəhərdə tətbiq edilən isitmə sistemi ilə də əlaqəlidir".

Qurum rəsmisi bildirib ki, qatarlarda havalandırma ilə bərabər, sərnişin çoxluğu bu narahatlığa səbəb ola 

“Sərnişinlərin çoxluğunu nəzərə alsaq da, tunelə beş vaqondan artıq buraxmaq mümkün deyil. Bunun üçün gərək yeni xətlər açılsın. Qatarlar arasında iki dəqiqədən az interval qoymaq mümkün deyil. 

Hazırda 25 müasir tipli vaqonumuz sərnişinlərin ixtiyarına verilib. Gələcəkdə alınacaq yeni nəsil vaqonlar da bu problemin tamamilə aradan qaldırılmasına xidmət edəcək”. Oxu.az-ın məlumatında bildirilir. 

Bakucity.az

Bakı Metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər