Məşhur israilli müğənni Bakıya gəlir

Məşhur israilli müğənni Bakıya gəlir, Javid

İsrailin tanınmış müğənnisi konsertə gəlir

Faytonçu Nazim Heydər Əliyev Sarayında keçiriləcək “Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələri ilə görüşən ifaçı qonaqların müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağını bildirib:

“İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim. Noyabrın 29-da baş tutacaq konsertin bilətləri 10-80 manat arasında dəyişir.”. 

Konsertlə bağlı danışan müğənni gecədə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd edib: “Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə İsrailin tanınmış müğənnisi Liora olacaq”. 

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq. 

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər