Bakı Şəhər İcra Hakimiyyətinə daha bir təyinat oldu

Bakı Şəhər İcra Hakimiyyətinə daha bir təyinat oldu, Javid

Bakı meriyasına yeni sözçü təyin olunub.

Bakucity.az xəbər verir ki, BŞİH başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Kərimov Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Mətbuatda mütəmadi olaraq çıxışlar edir. Report-un məlumatında deyilir. 

Ailəlidir, iki övladı var.

Bakucity.az

BŞİH Eldar Əzizov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər