1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

Bakı Ekspo Mərkəzində ilk dəfə

Bakucity.az xəbər verir ki, 20-22 fevral 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya“Caspian Realty” sərgisi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıqlarınqurulmasına və təcrübə mübadiləsinin aparılmasınazəmin yaratmaq, ölkəmizdə və xüsusən paytaxtda həyata keçirilən çox sayılı maraqlı layihələri eyni məkanda nümayiş etdirmək, unikal işgüzar mühit yaratmaqdır.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə rəsmi dəstək göstərirlər.Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Sərgidə daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olan, eləcə də maliyyə, hüquq, məsləhət və dizayner xidmətləri göstərən yerli və xarici şirkətlər, o cümlədən müxtəlif daşınmaz əmlak sektorlarını təmsil edən yüksək ixtisaslı mütəxəssislər, investorlar və dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər. “Caspian Realty2019” sərgisində kommersiya təyinatlı, eləcə də mənzil, ticarət və şəhərətrafı daşınmaz əmlak obyektləri ilə yanaşı, müxtəlif investisiya layihələri və dizayner xidmətləri də təqdim olunacaq. 

Sərgi iştirakçı şirkətlərəüç gün ərzində geniş alıcı kütləsi və potensial müştərilərlə ilə görüşmək və öz təkliflərini, maraqlı layihələrini təqdim etmək, əlaqələr qurmaq və bir başa satış etmək imkanları yaradacaqdır. Bununla yanaşı, sərgi həm Azərbaycanda, həm də xaricdə reallaşdırılan inşaat layihələri ilə bağlı məlumatlardan faydalanmaq üçün unikal imkan yaradır. Sərgi çərçivəsində zəngin tədbirlər proqramı, effektiv sessiyalar və konfransların təşkili nəzərdətutulmuşdur, Həmçinin təşkilatçılar, iştirakçılar və onların hədəf auditoriyası arasında “B2B” formatlı (ikitərəfli) görüşlərin təşkil edilməsiplanlaşdırır. 

Bu il ilk dəfə keçirilən sərgiyə investisiya şirkətləri, layihə və memarlıq büroları, daşınmaz əmlak agentlikləri, inşaat şirkətləri, dövlət strukturları, maliyyə təşkilatları və bankların, eləcə də konsultasiya və İT şirkətlərinin nümayəndələri, habelə brokerlər və fərdi sahibkarlar dəvət olunurlar.Bu sahədə regionun ən mühüm tədbiri olacaq “Caspian Realty” sərgisində iştirakınız müəssisənizin yeni əməkdaşlıqlar və effektiv əlaqələrin qurulmasına, satışlarınızınartırılmasına və bazarda mövqeyinizin və imicinizinmöhkəmlənməsinəunikal şərait yaradacaqdır.

Beləliklə, sərgidə həm peşəkarlar, həm də müstəqil investorlar üçün bir çox maraqlı imkanlar yaradılacaq, çünki, burada iştirakçı şirkətlər potensial alıcılara maksimumsayda və bir-birindən fərqli, eyni zamanda, sərfəli və etibarlı təkliflər təqdim edəcək. Daha ətraflı məlumatı www.caspianrealty.azsaytından əldə edə bilərsiniz. 

Bakucity.az

Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...